Tartus (Suriya) akvatoriyasında arxeoloji tədqiqatlar zamanı Qədim Romaya aid olduğu təxmin edilən limanın qalıqları aşkarlanıb.
Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, axtarışlar zamanı hidravlik tikililərin qalıqları, mayak və dörd mərmər sütun tapılıb.
Ekspertlərin fikrincə, materialın analizi obyektin dəqiq yaşını öyrənməyə imkan verəcək. Alimlərin sözlərinə görə, aşkar edilmiş obyekt bizim eranın I əsrinin dəniz qalası da ola bilər.
Bundan əlavə, missiya iştirakçıları qədim dövrə aid lövbər dayanacaqlarının qalıqlarını da aşkar ediblər.
Tapıntılar arasında yunan amforalarının qalıqları, Finikiya və Misir vazaları, Romada işlədilən daşdan hazırlanmış məişət əşyalarının tədqiqatı, bu ərazini Aralıq dənizi ilə birləşdirən dəniz ticarət yollarının öyrənilməsinə kömək edəcək
Müstəqil.Az