Böyük Britaniyanın sabiq xarici işlər naziri Liz Trassın şəxsi telefonu rus hakerlər tərəfindən sındırılıb.
Mənbə iddia edir ki, Rusiya üçün işləyən hakerlər Liz Trassın Böyük Britaniya ilə müttəfiq olan ölkələrin rəhbərləri ilə danışdığı son dərəcə məxfi təfərrüatlara, eləcə də şəxsi mesajlarına çıxış əldə ediblər.
Bundan əlavə, hakerlər Ukraynadakı münaqişə ilə bağlı yüksək səviyyəli xarici işlər nazirləri ilə müzakirələrə, o cümlədən silah tədarükü ilə bağlı ətraflı dialoqlara giriş əldə ediblər.
Diqqət çəkən əsas məqam isə ondan ibarətdir ki, keçmiş baş nazirin telefonu Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri olarkən sındırılıb.
Mənbə: Daily Mail