İranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuzik sərbəst buraxılıb.
Müstəqil.Az TASS-a istinadən bildirir ki, rusiyalı jurnalist oktyabrın 10-da Tehrandan Moskvaya uçub.
Rusiyanın İrandakı səfirliyindən bildirilib ki, Tehran hakimiyyəti Yuliya Yuziki sərbəst buraxmaq barədə qərar qəbul edib. O, oktyabrın 10-da “Aeroflot” şirkətinin təyyarəsi ilə Moskvaya yola düşüb.
Qeyd edilir ki, Yuliya Yuzik oktyabrın 2-də Tehranın hava limanında saxlanılmışdı.
Müstəqil.Az