Rusiyalı jurnalist vətənə xəyanətə görə 22 il müddətinə həbs edildi

Rusiyalı jurnalist vətənə xəyanətə görə 22 il müddətinə həbs edildi

“Roskosmos” rəhbərinin müşaviri, “Kommersant” və “Vedomosti”nin keçmiş müxbiri İvan Safronov ciddi rejimli koloniyada 22 il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsi onu dövlətə xəyanətdə təqsirli bilib.

“Safronov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə nəzərdə tutulmuş “Dövlətə xəyanət” cinayətini törətməkdə təqsirli bilinir. Ona 22 il müddətinə ciddi rejimli koloniyada cəza çəkmək, cəzanı çəkdikdən sonra iki il müddətinə 500 min rubl məbləğində cərimə tətbiq olunsun”, – hökmdə vurğulanıb.

Tərəflərin müzakirəsi zamanı dövlət ittihamı müttəhimin 500 min rubl cərimə ilə 24 il müddətinə ciddi rejimli koloniyada cəzalandırılmasını istəyib. O, günahını etiraf etməyib. Müdafiə tərəfi bəraət hökmünün çıxarılmasını istəyib.

Vəkil Dmitri Katçev bildirib ki, müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək:

“Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək, biz Safronovun təqsirsizliyində israr edirik”.


Share: