Rusiyalı tenisçi Cokoviçə qalib gəldi

Rusiyalı tenisçi Cokoviçə qalib gəldi

Dubayda keçirilən ATP 500 turnirinin yarımfinalında rusiyalı Daniil Medvedev dünya reytinqində ilk sırada qərarlaşan serb Novak Cokoviçə qalib gəlib.

Görüş iki setdə eyni hesabla – 6:4, 6:4 – Medvedevin xeyrinə başa çatıb. Tennisçilər kortda 1 saat 35 dəqiqə vaxt keçiriblər.

Rusiyalı finalda həmyerlisi Andrey Rublyovla qarşılaşacaq. Medvedev və Rublyov 14 il ərzində Peşəkar Tennis Assosiasiyası turnirinin finalında qarşılaşan ilk rusiyalılar olacaqlar.

Qeyd edək ki, turnirin mükafat fondu 2,8 milyon dollardan çoxdur.

Mənbə: mk.ru

Share: