Rusiyanın tanınmış tərcüməçi və yazıçısı, “Danışır, Moskva” radiostansiyasının aparıcısı Leonid Volodarski uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə radiostansiya məlumat yayıb.
Qeyd edək ki, Volodarski ingilis və amerikalı yazıçıların, Stiven Kinqin, Jerom Selincerin əsərlərini tərcümə edib.