İyulda rusiyalılar birjada rekord məbləğdə xarici valyuta alıblar.
Bu barədə Rusiya Mərkəzi Bankının Maliyyə Bazarları üzrə Risk İcmalında bildirilib.
Məlumata görə, uzun müddət ərzində ilk dəfə olaraq fiziki şəxslər xarici valyutanın ən böyük alıcıları olublar. Belə ki, iyundakı 176,1 milyard rubla qarşı iyulda 237,1 milyard rubl dəyərində valyuta alınıb.
Vətəndaşlar valyutanı əsasən banklar vasitəsilə alaraq xarici hesablara köçürüblər.
Mənbə: lenta.ru