Rusiyalılara şəxsi avtomobil və tualet kağızı ilə Aİ-yə giriş qadağan olundu

Avropa Komissiyası bəyan edib ki, Rusiyada qeydiyyatda olan minik avtomobillərindən istifadə etməklə Avropa İttifaqı (Aİ) ölkələrinə giriş sanksiya qanunvericiliyinə əsasən qadağan olunmuş idxal sayılır.

Qadağa altında smartfon və noutbuklardan başqa, şampunlar da var.

Məlumata görə, bu təfsir avtomobilin şəxsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsindən asılı olmayaraq, gömrük kodlarına, o cümlədən 8703 koduna uyğun olduğu halda tətbiq edilir. Qaydalar avtomobillərlə yanaşı, on nəfərdən az adamın daşınması nəzərdə tutulan digər nəqliyyat vasitələrinə də şamil edilir.

Həmçinin, qərara əsasən, rusiyalıların şəxsi əşyaları, o cümlədən kosmetika, baqaj, noutbuk və mobil telefonları ilə birgə Aİ-yə daxil olmasına icazə verilə bilməz. Qadağa dəri və xəz məmulatları, yarı qiymətli və qiymətli daşlar, tualet kağızı, şampunlar və diş fırçası kimi məhsullara da aiddir.

Mənbə: Ferra.ru

Share: