Rusiyanı cəzalandırmaq üçün xüsusi məhkəmənin yaradılması ilə bağlı ikinci iclas martın 21-22-də Fransada keçiriləcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
Kuleba xüsusi məhkəmənin ilk iclasının yanvarın 29-da keçirildiyini xatırladıb.
“İlk iclasda 21 ölkə iştirak edib. İndi onların sayı 29-dur. Bu dövlətlərdən biri Latın Amerikası ölkəsidir”, – deyə Kuleba vurğulayıb.