Ukrayna ilə müharibədən sonra Rusiya bazarını tərk edən Qərb şirkətləri 103 milyard dollardan çox itki verib.
xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Yazıda qeyd edilir ki, analitiklər Qərb şirkətlərinin getməsi ilə “Rusiya iqtisadiyyatının boğulacağını” proqnozlaşdırırdılar.
Nəşr bildirib ki, Rusiya Prezidenti Vladimir Putin gözlənilən uğursuzluğu öz xeyirinə dəyişə bilib.
Vurğulanıb ki, əksər xarici şirkətlər yatırılan milyardları itirməmək üçün Rusiyada fəaliyyətini davam etdirirlər.
Bundan əvvəl Putin sanksiyalar nəticəsində təxminən 50 milyard dollar itirildiyini deyib.
O, bu rəqəmin böyük olduğunu bildirsə də sanksiyalar dövləti bəzi məsələlərdə “baş işlətməyə” məcbur edib deyə açıqlama verib.