Rusiyanın əməkdar artisti Qalina Şirinskaya vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qalina Şirinskaya musiqiçilər ailəsində anadan olub və altı yaşından fortepianoda ifa etməyi öyrənib. 1968-ci ildə Moskva Konservatoriyasına daxil olub. Yaradıcılığı dövründə Şirinskaya müşayiətçi kimi iki dəfə Çaykovski adına beynəlxalq müsabiqələrdən diplom alıb, eyni zamanda Ümumrusiya violonçel müsabiqəsində də analoji mükafata layiq görülüb.