Rusiyanın ən varlı adamları ilin əvvəlindən 54 milyard dollar itiriblər

Rusiyanın ən varlı adamları ilin əvvəlindən 54 milyard dollar itiriblər

Rusiyanın ən varlı sahibkarlarının sərvəti 2022-ci ilin əvvəlindən 53,939 milyard dollar azalıb.

Bu barədə məlumat “Bloomberg Billionaires Index”in məlumatında bildirlib.

Ən çox itirən polad və dağ-mədən şirkəti “Severstal”ın ortaq sahibi Aleksey Mordaşov olub – 7,53 milyard dollar. Hazırda onun kapitalı 21,3 milyard dollardır.

İtkilərə görə ikinci yerdə “Evraz” dağ-mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviçdir. O, 2022-ci ilin əvvəlindən 7,34 milyard dollar itirib. Bu gün üçün Abramoviç 10,7 milyard dollara sahibdir.

Mədən-metallurgiya şirkəti “Norilsk Nikel” və “Interros” holdinqinin prezidenti Vladimir Potanin isə əksinə, sərvətini 2,2 milyard dollar artıraraq 33 milyard dollara çatdırıb.

Share: