Rusiyanın NTV və “Zvezda” televiziyasının jurnalistləri Suriyada yaralanıblar.
Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik yaralanan jurnalistlərin sayının 4 nəfər olduğunu bildirib.
Onlar Deyr əz-Zor şəhəri yaxınlığında mərmi partlaması nəticəsində xəsarət alıblar. Hazırda jurnalistlərin həyatı üçün heç bir təhlükə yoxdur.