“Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında üzvlüyü dayandırılmalıdır”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxışı zamanı bildirib.
“Təhlükəsizlik Şurasının daimi üzvü Baş Assambleya tərəfindən pislənən təhrik olunmamış və əsassız müharibəyə başladıqda, bu üzvün Təhlükəsizlik Şurasına üzvlüyünün dayandırılması, mənim fikrimcə, avtomatik olmalıdır, – Mişel deyib.
“Veto hüququndan istifadə istisna olmalıdır, lakin bu, gördüyümüz kimi, qayda olub. İslahat zəruri və təxirəsalınmazdır”, – deyə o əlavə edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var. Onlar Çin, ABŞ, Fransa, Böyük Britaniya və Rusiyadır.