Rusiyanın Bonndakı baş konsulluğuna hücum olub

Rusiyanın Bonndakı baş konsulluğuna hücum olub

Rusiyanın Bonndakı baş konsulluğu diplomatik nümayəndəliyə qarşı yönəlmiş vandalizm aktını pisləyib.

Müvafiq bəyanat çərşənbə günü baş konsulluq tərəfindən yayılıb.

“2023-cü il fevralın 22-nə keçən gecə Rusiyanın Bonndakı Baş Konsulluğu vandalizm aktına məruz qalıb. Konsulluğun hasarının xarici tərəfi, məlumat stendi və poçt qutusu səciyyəvi şəkildə qırmızı boya ilə boyanıb”, – bəyanatda bildirilib.

Eyni zamanda, hadisə ilə bağlı alman polisinin dərhal məlumatlandırıldığı vurğulanıb.

Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmaya başlayıb.

Mənbə: TASS

Share: