Rusiya ordusunun martın 9-na keçən gecə Ukraynada ölkə boyu həyata keçirdiyi hücumlarda ölən və yaralananların olduğu bildirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski verdiyi açıqlamada gecə saatlarında Ukraynanın hər yerində raket hücumlarının edildiyini xatırladıb.
Ukrayna Prezidenti Rusiya ordusunun hücumlarının kritik infrastrukturu və yaşayış məntəqələrini hədəf aldığını vurğulayıb.
“Təəssüf ki, yaralılar və ölənlər var. Ölənlərin yaxınlarına başsağlığı verirəm”, – deyə Zelenski qeyd edib.