Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin NATO ilə birbaşa münaqişədən başqa yolu olmadığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.
Medvedev qeyd edib ki, Moskvanın artıq Hitler oxu kimi açıq faşist blokuna çevrilmiş NATO ilə münaqişədən başqa yolu yoxdur:
“Biz hazırıq, baxmayaraq ki, nəticə bəşəriyyət üçün 1945-ci ildəkindən qat-qat baha başa gələcək”, – deyə Medvedev vurğulayıb.