İyunun 9-dan 10-na keçən gecə Rusiya ordusunun Ukraynanın Odessa vilayətində həyata keçirdiyi hücum nəticəsində 3 nəfər ölüb, 27 nəfər yaralanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirib ki, Rusiya ordusu gecə saatlarında qanadlı raketlər, “İsgəndər” ballistik raketləri və İran istehsalı olan Şahed-136/131 pilotsuz uçuş aparatları (PUA) ilə Xarkov və Odessa bölgələrini hədəfə alıb.
Hava hücumundan müdafiə sistemləri 2 qanadlı raketlə 20 PUA-nı vurub.
Məhv edilmiş dron hissələri Odessada bir mənzilə düşüb, 3 mülki şəxs həyatını itirib, biri hamilə qadın və 2-si uşaq olmaqla 27 nəfər yaralanıb.