Rusiyanın Orenburq vilayətində 2556 evi su basıb, 4208 nəfər təxliyə edilib

Rusiyanın Orenburq vilayətində 2556 evi su basıb, 4208 nəfər təxliyə edilib

Rusiyanın Orenburq vilayətində 2556 evi su basıb, 4208 nəfər təxliyə edilib

Rusiyanın Orenburqun vilayətində təbii fəlakət nəticəsində 2556 ev, eləcə də 6886 torpaq sahəsi su altında qalıb.

-nın TASS-a istinadən xəbərinə görə, təbii fəlakət zonasından 4208 nəfər təxliyə edilib, onların 427 nəfəri sığınacağa yerləşdirilib.

***

10:05

Orenburqun Orsk şəhərində mühafizə bəndinin dağılması 600 evin su altında qalmasına səbəb olub.

-nın TASS-a istinadən xəbərinə görə, bu barədə yerli Fövqəladə Hallar Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda əhalinin təxliyəsi həyata keçirilir. Səhər saatlarına olan statistikaya əsasən, 230 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 530 nəfər xilasedici, 125 ədəd xüsusi texnika və 75 vahid qayıq cəlb olunub.

Vilayət Administrasiyası “Starıy qorod” mikrorayonunun suya qərq olması ehtimalını yüksək qiymətləndirib. Bu səbəbdən təxliyə prosesinin sürətləndirilməsi tapşırılıb.

Qeyd edək ki, Orenburq ərazisində fövqəladə vəziyyət elan olunub.

Fərid Azəri

Share: