Rusiyanın “Ozon” şirkəti Türkiyədə ofis açır

Rusiyanın ən böyük internet-mağazası olan “Ozon” Türkiyədə nümayəndəliyini açır.

“Qafqazinfo” xəbər verir ki, şirkətin beynəlxalq satıcılarla iş bölməsi olan “Ozon Global” nümayəndəliyini İstanbulda açacaq.

Şirkətin mətbuata açıqlamasında bildirilir ki, platformaya, ilk növbədə, Türkiyə brendləri cəlb ediləcək.

“Ozon”un Türkiyə nümayəndəliyinə Hazal Maraşın rəhbərlik edəcəyi bildirilib. O, əvvəl Türkiyənin iri onlayn satış platformalarından biri olan “Hepsiburada” şirkətinin satış bölməsinə rəhbərlik edib.

Qeyd edək ki, bu, şirkətin xaricdə ilk ofisi olacaq.


Share: