Rusiyanın “Rossiya” dəstəsinin təyyarəsi İrəvana eniş edib…

Rusiyanın “Rossiya” dəstəsinin təyyarəsi İrəvana eniş edib…

Rusiyanın “Rossiya” dəstəsinin təyyarəsi İrəvana eniş edib.

Müstəqil.Az  xəbər verir ki, bu məlumatı “Baqramyan 26” Teleqram kanalı “Flightradar 24” saytına istinadən yayıb. İrəvana eniş edən təyyarənin İl-96 olduğu vurğulansa da, səfər edən haqda heç bir məlumat verilməyib.

Bu dəstə Rusiya Prezidentinin işlər idarəsinə aiddir və yüksək vəzifəli məmurlar, xüsusi xidmət orqanları, eləcə də ordunun vacib şəxslərinin səfərini təmin edir. Rusiya Prezidentinin əmrinə əsasən, bu dəstə yalnız prezident, baş nazir, Federasiya Şurası sədri, Dumanın spikeri, İstintaq Komitəsinin sədri, FTX rəhbəri, baş prokuror, xarici işlər naziri, Konstitusiya Məhkəməsinin sədri və Ali Məhkəmənin sədrinə xidmət göstərə bilər.

 

 

Müstəqil.Az 

Share: