ABŞ-nin məşhur basketbolçusu Brittni Qrayner məhbus mübadiləsi üçün azad edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
Belə ki, basketbolçu rus silah satıcısı Viktor But müqabilində evə buraxılıb.
Bayden Brittninin azad olunmasına münasibət bildirib:
“O təhlükəsizdir və təyyarə ilə evə gedir”.