Rusiyanın tarixi qələbəsi

Futbol üzrə dünya çempionatında 2-ci tura start verilib.

Müstəqil.az xəbər verir ki, turun ilk oyununda Rusiya və Misir yığmaları üz-üzə gəlib. Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçirilmiş qarşılaşma təşkilatçı ölkə millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində Rusiya yığması 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edib. İyunun 20-də keçiriləcək A qrupunun digər görüşündə Uruqvay Səudiyyə Ərəbistanına böyük hesabla uduzmasa, təşkilatçı ölkə millisi növbəti mərhələyə yüksələn ilk komanda olacaq. İlk turda Uruqvaya 0:1 hesabı ilə uduzan Misir isə xalsızdır və 1/8 finala çıxmaq üçün ilk növbədə, Səudiyyə Ərəbistanının Uruqvayı udmasına ümid etməlidir. Bu isə demək olar ki, mümkünsüzdür.

DÇ-2018, A qrupu, II tur

22:00. Rusiya – Misir – 3:1

Qollar: Ahmed Fəthi, 47 (avtoqol). Denis Çerışev, 59. Artyom Dzyuba, 62 – Məhəmməd Salah, 73 (pen.)

Hakimlər: Enrike Kaseres, Eduardo Kardozo, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, “Sankt-Peterburq Arena”

Share: