“Rusiya-Ukrayna müharibəsində Ukraynaya 4 700 raket atılıb”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, raket hücumları nəticəsində yüzlərlə Ukrayna şəhəri yanıb:
“Minlərlə insan ölüb. Yüz minlərlə insan Rusiyaya zorla deportasiya edilib. Milyonlarla insan müharibədən qaçmaq üçün Ukraynadan başqa ölkələrə gedib. Biz bunu dayandırmalıyıq. Biz Rusiyanın təcavüzünü dayandırmalıyıq. Sülhün qayıtması mümkündür. Amma o zaman mümkündür ki, dünyada hamı heç kimin bir gün də terrora layiq olmadığını başa düşsün”.