Müstəqil.Az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan ATƏT-in baş katibi Tomas Qreminger ilə noyabrın 3-də keçiriləcək görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə məlumat verib.
Rusiya xarici siyasət idarəsinin sözçüsü deyib: “Rusiya XİN-in başçısı ilə görüşdə ATƏT-in regional münaqişələrin, o cümlədən Ukraynanın cənubunda, Dnestryanı və Dağlıq Qarabağ bölgələrində münaqişələrin həllinə kömək etməsi, habelə Cənubi Qafqazda sabitliyə dair Cenevrə müzakirələrində həmsədrlik məsələləri müzakirə olunacaq”.
Müstəqil.Az