Rusiya,Türkiyə və Azərbaycan arasında…

Rusiya,Türkiyə və Azərbaycan arasında…

“İndiki məqamda Rusiya,Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş perspektivlər var”

Səadət Qarayeva: “25-ci Beynəlxalq İqtisadi Forum çərçivəsində bu perspektivlərdən danışmaq daha maraqlıdır”

Tezliklə Sankt-Peterburq şəhərində 25-ci Beynəlxalq İqtisadi Forum öz işinə başlayacaq. Bu forum da ötən ildə olduğu kimi qlobal dəyişikliklərdən sonra baş tutan ilk böyük tədbir olacaqdır. Xatırladaq ki, 2021-ci ildəki forum COVID-19 pandemiyası fonunda ilk böyük iqtisadi tədbir olmuş və məhz həmin tədbirdə sözügedən pandemiyanın geri çəkilməsinə səbəb olan bir sıra mühüm qərarlar qəbul edilmişdir.
İndi dünya ictimaiyyəti yeni çağırışlarla üzləşmişdir və məhz qarşıdan gələn forumdan gözləntilər və proqnozlar barədə tanınmış ictimai xadim və iş adamı Səadət Qarayeva ilə söhbət etdik.
Səadət Qarayeva dedi ki, Forum kifayət qədər qlobal problemləri müəyyən və ya həll etmək üçün keçirilən tədbirdir: ”Qlobal sözünü xüsusi vurğulamaq istərdim. Yəni, forumda əldə olunmuş razılaşmalar iki və ya üç şirkət arasında sövdələşmə deyil, hər hansı bir problemin həllinə yönəlmiş böyük bir proqramın tərkib hissəsidir. 2022-ci il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu “Yeni dünya – yeni imkanlar” şüarı altında keçiriləcək və istisnasiz olaraq bütün iştirakçılar üçün əsas söz məhz imkanlar, daha sonra isə onların reallaşdırılması olacaqdır. Təkcə Rusiyadan 500 şirkətin, ümumilikdə isə dünyanın 90-dan çox ölkəsinin nümayəndələrinin forumda iştirakı gözlənilir”.
Səadət Qarayeva Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalarla da bağlı fikir bildirdi: ”İndi Rusiyanın hətta tam iqtisadi blokadanı belə prinsipcə sakinləri üçün agrısız keçirməsi üçün yetərincə möhkəmliyi və güc ehtiyatı var. Bəli, bir çox brendlər Rusiya bazarını tərk etdi, lakin heç bir qrup üzrə mal çatışmazlığı yaranmadı. Nəhayət, Rusiya Federasiyasında idxalın əvəzləməsi sistemi çoxdan fəaliyyət göstərir və bu öz bəhərisini verir. Bəli, qərb şirkətləri də müxtəlif yollarla qayıtmağa başladılar, onların itkilərinin böyük olduğu məlum oldu ki, bu da Rusiyanın dünya birliyinə inteqrasiyasının göstəricisidir.
Digər tərəfdən, Rusiyanın Avropa ölkələrinə güclü cavab təzyiq vasitəsi olan neft və qazı vardır. Artıq Aİ ölkələri problemləri yaşamağa başlayırlar. Rusiyanın enerji daşıyıcılarının payı itkiləri bir dəfədə əvəz etmək üçün çox böyükdür. Bu cəhdlər ilk növbədə aparıcı olkələr olan Böyük Britaniya, Fransa və Almaniyaya qarşı yönəlib. Lakin, onlar belə problemlərdən qaça bilmirlər. Bir sıra Aİ ölkələrində Ukraynadan olan müqəvvəti köçkünlərin təminatı ilə bağlı iqtisadi itkiləri də unutmaq olmaz. Qeyd olunan iki səbəbdən yaranmış narazılıqlar artmağa başlamışdır.
Obrazlı desək, hazırda Rusiya və Aİ iqtisadi dözümlük cəhətindən mövqe savaşına başlamışlar. Bundan əlavə, daha iki amili də unutmayaq: a) Meymun çiçəyi epidemiyası təhlükəsi. b) Ekspertlərin getdikcə daha çox danışdıqları qlobal ərzaq böhranı. Əgər COVID-19 ilə mübarizə təcrübəsi (o cümlədən 2021-ci il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda qəbul edilmiş qərarlar da daxil olmaqla) nəzərə alınaraq birinci problemin öhdəsindən qısa müddətdə gəlinə bilsə, hesab edirəm ki, ikinci problem 2022-ci il forumunda müzakirə ediləcək əsas məsələlərdən biri olacaqdır”.
O, indiki məqamda Rusiya, Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu dedi: “Çin dilində “böhran” heroqlifi “təhlükə” və “imkan” kimi tərcümə olunur və hazırda qarşılıqlı əməkdaşlıq üçün daha çox imkan vardır, nəinki təhlükə. Və bu imkanları reallaşdırmaq lazımdır, çünki bunun üçün ilkin şərtlər var, məsələn, bu yaxınlarda imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” milli valyutada hesablaşmalar aparılmasına imkan verir.
Digər aspektlərdə də ölkələrimiz arasında yetərincə əhəmiyyətli qarşılıqlı faydalı əlaqələr mövcuddur.
Məsələn, kənd təsərrüfatı, energetika, turizm və digər istiqamətlərdə əməkdaşlıq mövcuddur və heç nəyə baxmayaraq daha da möhkəmlənməkdə davam edəcəkdir. Qarşıdan gələn forumda bu perspektivlərdən danışmaq xüsusilə daha maraqlı olacaqdır.
Əlbəttə, yüksək texnologiyalar sahəsində Azərbaycan və Türkiyə onların əvəz olunmasında tam tərəfdaş kimi çıxış edə bilməyəcəkdir. Lakin, digər sahələrdə əhəmiyyətli irəliləyişlər əldə etmək mümkündür.
1.Rusiya- Azərbaycan-Gürcüstan-Türkiyə arasında dəmir yolu layihələrinin artıq təfərrüatlı şəkildə həyata keçirilməsindən danışmaq olar ki, burda Rusiya Dəmir Yolları ən əsas rol oynayacaqdır.

2.Rusiya aviaşirkətləri müxtəlif ölkələrə beynəlxalq uçuşların bərpası üçün tərəfdaş axtarışındadırlar. Söhbət həmçinin aviaparkın bir hissəsinin üçüncü tərəfə verilməsi və müvəqqəti də olsa reyslərə hüququn digər ölkələrin aviaşirkətlərinə verilməsindən gedə bilər.
3. Rusiya dəniz daşımalarında da çətinliklər yaşayır.
Bütün logistika problemlərində qarşılıqlı əlverişli əməkdaşlığa yönəlmiş birgə iş tələb olunur. Eyni zamanda, biz ərzaq böhranı məsələsinə çox qayıtmayacağıq. Daşımaların böyük hissəsi dəniz yolu ilə idi, Rusiyanı isə proqnozlara görə rekord miqdarda məhsul gözləyir. İnanmiram ki, xarici partnyorlar Rusiyanı ərzaq məhsullarının iri idxalçısı kimi itirməkdə maraqlı olsunlar.
4. Logistika problemləri səbəbindən internet üzərindən satış üçün böyük bir satış bazarı boşalır. Və burada həm Türkiyə, həm də Azərbaycan boşalmış yerləri tuta və Cənub-Şərqi Asiya ölkələrini əvəz edə bilər.
5. Bir çox Avropa brendlərinin Rusiya bazarını tərk etməsi səbəbindən Türkiyə və Azərbaycanın yüngül sənaye müəssisələri üçün bazarın bu seqmentini həm qiymət, həm də keyfiyyət baxımından mənimsəmək çətin olmayacaq.
6. Həm hazır məhsul, həm də onun üçün xammal baxımından nəhəng tikinti materialları bazarını da diqqətdən qaçırmamalıyıq.
7.Rusiyanın çoxlu tərəfdaş imkanlarına malik olduğu tibb sahəsini də unutmamaq lazımdır.
Mən mümkün perspektivləri təsvir etdim və onların həyata keçirilməsi çoxlu birgə fəaliyyət tələb edir, ölkələrimizin imkanları və istəkləri bunların hamısının mümkün olduğunu düşünməyə imkan verir”.

image-img-20220604-wa0077

Müstəqil.Az

Share: