Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Aralıq dənizi səmasında yox olub.
Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, içərisində 14 əsgər olan “İl-20” model Rus hərbi təyyarəsi ilə əlaqə Aralıq dənizi üzərindən keçərkən kəsilib.
Nazirliyin yaydığı yazılı açıqlamaya görə, təyyarə Rusiyanın Suriyadakı Hmeymim bazasına qayıdarkən yox olub. Təyyarənin İsrailə aid dörd ədəd “F-16” döyüş təyyarəsinin Suriyanın Lazkiye şəhərinə hava hücumu həyata keçirən ərəfədə yoxa çıxıdığı bildirilir.
İlkin ehtimallara görə, Aralıq dənizi ətrafında yerləşən Fransaya aid bir hərbi avadanlıqdan bölgəyə raket hücumu da gerçəkləşdirilib.
Təyyarənin axtarışları istiqamətində işlər davam edir. Rusiyaya məxsus təyyarənin içərisindəki əsgərlərin aqibəti ilə bağlı hələki heç bir məlumat yoxdur.