Azərbaycan Prezidenti İlham Əliyev rusiyalıların MDB ölkələrinin liderlərinə etibarlılıq reytinqində ilk üçlükdə yer alıb.
Report xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, etibarlılıq reytinqinə Belarus Prezidenti Aleksandr Lukaşenko (62%) başçılıq edir.
Onun ən yaxın rəqibi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevdir – 56%.
Azərbaycan Prezidenti İlham Əliyevə rusiyalı respondentlərin 12% güvənir.
Sonrakı sıralarda Serj Sərkisyan (Ermənistan, 11%), İqor Dodon (Moldova, 8%), Qurbanqulu Berdiməhəmmədov (Türkmənistan, 4%), Giorgi Marqvelaşvili (Gürcüstan, 4%), Şövkət Mirziyayev (Özbəkistan, 3%), İmaməli Rəhman (Tacikistan, 3%) və Petro Poroşenko (Ukrayna, 1%) qərarlaşıb.
Respondentlərin fikrincə, beynəlxalq arenada Rusiyanın ən etibarlı tərəfdaşı Belarus (64%) və Qazaxıstandır (57%).
Müstəqil.Az