Ruslar Kiyevi atəşə tutdu – 65 ÖLÜ

Ruslar Kiyevi atəşə tutdu – 65 ÖLÜ

Kiyevdə işğalçıların atəşə tutması nəticəsində 65 vətəndaş həlak olub, 300-ə yaxın insan yaralanıb.

Müstəqil.Az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.

“Kiyevin atəşə tutulması –  panika və sabitliyin, insanların əhval-ruhiyyəsinin pozulması ilə bağlıdır… Amma çaxnaşma səpmək əvəzinə… daha da nifrət, qəzəb və hiddət doğurur”,- deyə bildirib.

Kliçko sözlərinə görə, bir çox insan ona müraciət edərək heç yerə getməyəcəklərini, ancaq silah istəməklərini deyirlər, çünki onlar dağıdılmış evlərini və öldürülmüş dinc sakinləri qorumaq və qisasını almaq istəyirlər.

Mer xatırladıb ki, işğalçılar bir neçə gün ərzində Kiyevi ələ keçirməyi planlaşdırıblar, buna nail ola bilməyiblər, buna görə də gücsüzlükdən dinc sakinlərin evlərini bombalamağa başlayıblar.

Müstəqil.Az

Share: