Rusiyalı sülhməramlılar bizdən silahlarımızı təhvil verməyimizi tələb edir.
Müstəqil.Az xəbər verir ki, bunu “Lragir.am” saytına açıqlamasında Laçın rayonu ərazisindən keçən dəhlizdə qalan Zabux kəndində məskunlaşmış icmanın rəhbəri Andranik Çavuşyan deyib.
O, silahı sülhməramlılara təhvil vermək istəmədiyini, amma rusların ondan həmçinin kənddəki qondarma bayrağı endirməyi də tələb etdiyini bildirib.
Çavuşyan Laçın şəhəri və digər bölgələrdəki ermənilərin silahı çoxdan ruslara təhvil verdiyini deyib. Təslim olmayacağını deyən “icma rəhbəri” ehtiyac yaranacağı təqdirdə “Axavno Respublikası” elan edəcəyini bildirib.
Çavuşyan hazırda Zabuxda cəmi 11-13 ailənin qaldığını, kəndin yaxınlığında çoxlu sayda Azərbaycan əsgərinin olduğunu deyib.
İlkin METE XAN