Ruslar Türkiyədən Qars və Ərdahanı niyə tələb edir? – Kritik gəlişmə

II Dünya Müharibəsində nasist Almaniyasının qarşısında duran ABŞ, İngiltərə və SSRİ arasında 1945-ci ilin dekabrında Moskvada keçirilən xarici işlər nazirlərinin görüşünün qeydlərindən məlum olur ki, SSRİ lideri Stalinin Türkiyədən Qars və Ərdahanı tələb edib, habelə boğazlarda hərbi baza yaratmasına şərait yaradılmasını istəyib.

Teleqraf.com xatırladır ki, Stalinin tələb etdiyi bu torpaqlar müxtəlif dövrlərdə rusların nəzarətində olub.

Qars və Ərdahan 1878-ci il müharibəsində rusların əlinə keçib. Bu, II Əbülhəmidin dövrünə təsadüf edib. Bolşevik inqilabından sonra Osmanlı bu ərazilərə yenidən nəzarəti əldə edə bilib. Qurtuluş müharibəsi dövründə isə bu ərazilər ermənilərdən təmizlənib. II Dünya Müharibəsinin nəticəsi olaraq Avropada tampon bölgələr qurmağa nail olan SSRİ lideri Stalin Ermənistan SSRİ üçün Türkiyədən Qars və Ərdahanı, habelə mümkün müharibə halında boğazlarda hərbi baza istədikdən sonra Türkiyə ABŞ-dan yardım istəyir. Əslində Stalinin bu istəyi o zaman Türkiyənin Qafqaz ölkələrinə yönəlik apardığı pantürkizm siyasətinə qarşı həmlə hesab olunurdu.

II Dünya Müharibəsindən sonra qalib ölkələrin əldə edilən uğurları bölüşməsi prosesi başlanmışdı. Stalin o zaman boğazlarda haqq tələb edir, Türkiyənin şərqindəki 6 vilayətə göz dikir. İngiltərə rusların boğazda varlığına qarşı çıxır, amma Türkiyənin şərqindəki torpaq iddiaları məsələsinə qarışmır. Bu halda Türkiyə çarəni Qərbə yaxınlaşmaqda, NATO-ya meyl etməkdə görür. Nəticə olaraq 1951-ci ildə Türkiyə NATO-ya daxil olur. 1953-cü ildə SSRİ-dən Türkiyəyə nota təqdim edilir. Notada 1945-ci ildə Türkiyəyə edilən torpaq tələbindən vaz keçildiyi elan olunur. Beləcə Stalinin ölümündən sonra onun torpaq tələbindən imtina edən SSRİ-nin yeni lideri N.Xuruşşov Türkiyə ilə münasibətləri mülayimləşdirmək xəttini tutur.


Müstəqil.Az
Share: