“Ryanair”: “10 avroya biletlərin erası bitdi”

“Ryanair”: “10 avroya biletlərin erası bitdi”

“Ryanair” bundan sonra aşağı büdcəli qiymətlərlə uçuşlar təklif etməyəcək.

Bu barədə İrlandiyanın aşağı büdcəli aviaşirkəti “Ryanair”in baş icraçı direktoru Maykl O`Liri bildirib. Onun sözlərinə görə, buna səbəb yanacaq qiymətlərinin kəskin artmasıdır.

O`Liri qeyd edib ki, 10 avroluq biletlər erası bitib. Aviaşirkətlərin orta tarifi keçənilki 40 avrodan növbəti beş il ərzində təxminən 50 avroya yüksələcək.

“Düşünürəm ki, yaxın bir neçə il ərzində bizim həqiqətən ucuz elan edilmiş bir avroluq, 0,99 avro, hətta 9,99 avroluq tariflərimizi görməyəcəksiniz”, – deyə o vurğulayıb.

Eyni zamanda O`Liri əlavə edib ki, insanlar yaşayış xərclərinin artmasına baxmayaraq, tez-tez uçmağa davam edəcəklər.

Mənbə: Yevropeyskaya pravda

Share: