ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək Mayamidə həbs edilən, sonradan şahid kimi işə cəlb edilən türkiyəli iş adamı – Rza Zərrab Nyu-Yorkda bir qadınla görüntülənib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, FBI agentləri tərəfindən ciddi təqib edilən Zərrab Nyu-Yorkda ortaya çıxıb.
Keçmiş iş adamı Nyu-Yorkda məşhur Nobu restoranında bir qadınla suşi yeyərkən görüntülənib. Əslən Cənubi Azərbaycandan olan R.Zərrab onu çəkdiklərini hiss edəndən sonra qadınla birgə məkanı tərk edib.
Məlum olub ki, Rza Zərrabın fotosunu çəkən şəxs türk olub. Rza Zərrab həmin şəxsin türkcə danışdığını eşidəndə narahat olduğu üçün restorandan çıxıb, onu mühafizə edən iki şəxs də ardınca gedib.
Xatırladaq ki, Rza Zərrab türkiyəli müğənni Ebru Gündeşlə evlidir. Cütlüyün boşanacağı xəbərləri yayılsa da, onlar rəsmi şəkildə ayrılmayıblar.
Onların nikahından bir qızları var.