Rza Zərrab Ebru Gündeşə qadağa qoydu

Rza Zərrab Ebru Gündeşə qadağa qoydu

Ebru Gündeşin musiqi albomlarında oxuduğu mahnılara keçmiş həyat yoldaşı Rza Zərrbın qadağa qoyduğu iddia edilib.

Kulis.az xəbər verir ki, Amerikada yaşayan Rza Zərrabın sözləri və musiqisi ona aid olan “Sadəcə Sevdim” və “Ölümsüz Aşklar” mahnılarını keçmiş həyat yoldaşı, müğənni Ebru Gündeşin oxumasının qarşısını almaq üçün vəkillərinə göstəriş verib.

Bildirilir ki, iki hit mahnının daha Gündeş tərəfindən səhnədə və televiziyada oxunmaması üçün cəhdlər olunur. Zərrabın bu qərara gəlməsinə qızları Alaraya görə Gündeş ilə aralarındakı məhkəmə məsələsi səbəb olub.

Qeyd edək ki, Türkiyədə söz yazarı kimi məskunlaşan İran əsilli Rza Zərrab adını dəyişərək Rıza Sərraf olaraq Ebru Gündeş, İbrahim Tatlısəs və Sibel Can üçün arabesk mahnı sözləri yazıb. Mahnıların həm də bəstəkarı olan Zərrabın əsərləri arasında Sibel Canın “Eski toprak” və İbrahim Tatlısəsin “Neden” mahnıları da yer alır.

Share: