Son iki gündə Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirilib.
Yaranan problemlə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən -nın Naxçıvan bürosuna bildirilib ki, Sədərək Gömrük Postunda TIR-ların buraxılması ilə bağlı heç bir problem yoxdu: “Sadəcə Türkiyə ilə İran arasında sərhəd qapısında təmir-tikinti işləri gedir. Ona görə TIR-ların hamısı Sədərək Gömrük Postundan keçir və burada sıxlıq yaranıb. Hazırda Türkiyə tərəfdə TIR-lar üçün yalnız bir keçid işləyir. Orada 250-dən çox TIR-ımız var. Sədərək Gömrük Postunda TIR-ların buraxılması və gömrükdə hər hansı məsələ ilə bağlı problem yoxdu. Sadəcə qarşı tərəfdə problem həll olunan kimi TIR-lar həmişəki qaydada keçid məntəqəsindən buraxılacaq”.
Qeyd edək ki, hazırda yaranan problem nəticəsində gömrükdə sıxlıq yaranıb və iki ölkə arasında neytral zonada da TIR-lar gözləyir.
Xatırladaq ki, Sədərək Gömrük Postu bayram günlərində də gücləndirilmiş iş rejimində çalışır.