“Sədərək ticarət mərkəzi”də yenidənqurma işləri aparılacaq

“Sədərək ticarət mərkəzi” nəinki ölkəmizin, eləcə də Qafqazın ən böyük ticarət mərkəzlərindən biridir. Bura geniş bir ərazini əhatə etməklə müasir tipli, beynəlxalq standartlara cavab verəcək, gözəl, yaraşıqlı mağazalarla, digər ictimai, iaşə obyektlərindən ibarətdir. Ölkənin ən böyük vergi daşıyıcılarindan olan, dövlətə xidmət baxımınnan çox böyük işlər görən ,”Sədərək ticarət mərkəzi” günü gündən inkişaf etməkdə, gözəlləşməkdədir. On minlərlə iş yerinə malik olan bu mərkəz dövlətimizin də daim diqqət və qayğısı əhatəsindədir.

Ticarət mərkəzində çalışan sahibkarlar bazarda yaşanan hər hansı problemlə bağlı,istənilən vaxt bazar rəhbərliyinin qapısını döyə bilirlər.

Bu günlərdə onları narahat edən bir problemlə bağlı rəhbərliyə müraciət etməli olublar. Böyük sahibkar kütləsini əhatə edən, daha doğrusu narahat edən bu məsələ nədən ibarətdir? Bununla bağlı ticarət mərkəzində bir qrup sahibkarlarla gördüşdük.

Məmmədov İlham Qulu oğlu : 20 ildən çoxdur kiburda çalışıram. Ticarətlə məşğulam, cehizlik mallar satıram.Mərkəzimiz çox yaraşıqlı və gözəldir, günbəgün dəyişməkdədi. Bizi narahat edən  mərkəzdə satış sıralarının arasındakı darısqallıqdı. Gediş-gəliş üçün çətinlik yaradır. Bu alıcılar arasında da giley-güzara səbəb olur. Bununla bağlı rəhbərliyin bir tədbir görməsini istərdik.

Abbasov Namiq Bəhlul oğlu : mən də uzun müddətdir ki ticarət mərkəzində parça satışı ilə məşğulam. Mən də bəzi sıralar arasındakı darısqallıqdan narazıyam. Satıcıların bir çoxu işlədikləri mağazaların qabağına çıxaraq, çadır materiallarından piştaxtalar düzəldib, öz mallarını yığırlar. Bu darısqallıqıa bərabər həm də çox səliqəsizlik yaradır.

Uzun müddətdir bazarda çalışan Fazil Xəlilzadə, Əkrəm Həmzəyev, Səfər Mehdiyev, Fazil Bağırov, Arif Abbasov, Əsəd İbrahimov və digərləri də bu problemlə öz münasibətlərini bildiriblər. Mağazaların önünə çıxarılmış, çadırlardan düzəldilmiş bu piştaxtaların təhlükəsizlik baxımından da qeyri-münasib olduğunu bildirdilər. Tez-tez yanğınlara səbəb olur dedilər. Yanğınsöndürən maşınların da bu darısqallıqdan sıralara daxil olması mümkünsüzdür.

Sahibkarların rəhbərlikdən tələbi və xahişi bu piştaxtaların yığışdırılaraq, daha müasir, yaraşıqlı, beynəlxalq standartlara uyğun, şüşələrlə əvəz edilməsidir. Mallarında həm də bu şüşələrdən daha aydın görünəcəyini bildirirlər.

Biz bu məsələ ilə bağlı Sədərək ticarət mərkəzinin sözcüsü Kəmaləddin Qədimlə əlaqə saxladıq. Problemdən məlumatlı olduqlarını bildirən sözçüŞ bu problemlə bağlı sahibkarların müraciəti ilə yanaşı, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti  1-ci ərazi Dövlət Yanğın Nəzarəti idarəsinin Sədərək ticarət mərkəzinin rəhbərliyinə ünvanladığı  37/36-00764 nömrəli 04.05.2018-il tarixli tələb-məktub da mövcud olduğunu, dedi. Kəməaləddin Qədim onu da əlavə etdi ki, göndəriklən tələndə  bildirilir ki, ticarət mərkəzi ərazisində iş gününün sonunda obyektlərin qarşı hissəsinin sahibkarlar tərəfindən çadır materiallarla tutulması qadağan edilməli, sıralarda insanların gediş-gəliş yollarında normadan artıq malların yığılmasına yol verilməməlidir. Bu istənilən halda baş verəcək yanğınların qarşısının alınmasında və sıralara yanğınsöndürən maşınların daxil olmasinda olduqca əhəmiyyətli və gərəkən amillərdən biridir.

Sözcü onu da bildirdi ki, bu məsələ rəhbərlikdə ciddi şəkildə müzakirə olunacaq və lazımı tədbirlər görüləcəkdir.

Ötgün

 

Share: