Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində “Sədərək” ticarət mərkəzində qanvermə aksiyası keçirilib.
“Sədərək” ticarət mərkəzinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, hər il olduğu kimi tədbir bu il də nümunəvi şəkildə təşgil olunub. Aksiyada ” Sabit Mühafizə Xidməti” MMC , ” Sədərək” firması nəzdində Yanğından Mühafizə Bölməsi və firmanın əməkdaşları fəallıq göstərmişlər. Könüllü şəkildə keçirilən aksiyada yüzlərlə əməkdaş iştirak etmiş, qan vermişlər.