Səfər Allahın, Zəfər Azərbaycan ordusunundur…

Səfər Allahın, Zəfər Azərbaycan ordusunundur…

Taleh İsmayılov Səndəl oğlu 1986-cı ildə Lənkəran rayonun Boladi kəndində anadan olmuşdur.2004-cü ildə şəhid Nahir Axundov adına Boladi kənd 1 saylı tam orta məktəbi bitirmişdir. Taleh çalışqanlığı ilə yüksək əxlaqı ilə oxuduğu məktəbin müəllim və şagirdlərin sevimlisi idi. Taleh İsmayılov hərbi xidməti bitirdikdən sonra taleyin ona verdiyi ömürü hərbi sahə ilə bağladı. Vətənin dar günündə ön sıralardan geri qalmırdı. 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak etmişdir.

44-günlük haqq savaşımızda qəhrəmanlıqla vuruşan Telehin alın yazısına Şəhid olmaq yazıldı…Ən uca məqama Şəhidlik zirvəsinə ucaldı….
Döyüş zamanı həyat yoldaşı Gülay İsmayılova ilə telefon danışıqlarında öz doğma dilimizdə parolla danışırdı. Mənfur düşməndən ehtiyat etdiyi üçün…Taleh eyni zamanda silah daşıyan maşının sürücüsü idi.” Osson bardəmon bo zdavat doe” . Silah aparırıq.”Çəvon yurdmon pələ”.”Əvoni bənə muzi kışdımon, ğələbə çəməne”… Onları milçək kimi qırırıq, Qələbə bizimdir. Talış dilimizdə bu cümlələri işlədirdi. Taleh Qələbəmizə 5 gün qalmış Şəhid oldu. Böyük Qələbəmizin sevincini yaşamaq ona nəsib olmadı….İlk ad gününü də onsuz qeyd etdi yaxınları…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhid Taleh İsmayılovu “Vətən uğrunda” medalı ilə təltif etdi… Üç oğul, üç noğul balasının qucağına sıxdığı üçrəngli bayrağının rənglərində ucalır Azərbaycanımız. Şəhid balalarının gözlərindən baxırıq Qələbəmizə, Zəfərimizə…Onlar sevimli atasını, Gülayım sevimli ömür-gün yoldaşını, onların qanınına xına kimi boyanmış anaların gözlərindən məğrurluq yağır. Təki Vətən sağ olsun! Şəhidlərimizə Tanrıdan rəhmət diləyirəm! Qazilərimizə can sağlığı diləyirəm. Var olsun, Müzəffər Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!
Bu misraları isə şəhidimizin balalarının dilindən pıçıldadım:
Əziz atam, Şəhid atam
Getdiyin yol haqq yoludur,
Əziz atam, Şəhid atam.
Ölümünlə tarix yazdın,
Tankçı atam, igid atam.
***
****
Muradın, Yusifin, Yunusun,
Uca adınla öyünsün,
Nur içində uyusun,
İşıq atam, ümid atam.
Səmayə Güləliqızı.
22-12-2020.
Share: