Səfərbərlik xəbərləri fonunda Rusiyadan getdi — Foto

Səfərbərlik xəbərləri fonunda Rusiyadan getdi — Foto

39 yaşlı rusiyalı reper Timati ölkədə elan olunmuş qismən səfərbərlik fonunda Özbəkistana yollanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə musiqiçi “ВКонтакте” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun Daşkənddən paylaşdığı foto izləyiciləri tərəfindən tənqid olunub. Onlar Timatini qismət səfərbərlik xəbərləri fonunda ölkədən qaçmaqda ittiham ediblər.

Sosial şəbəkə istifadəçiləri şərhlərdə “Niyə görə vətənpərvər Timati hələ də cəbhədə deyil?”, “vətənpərvər aradan çıxdı”, “niyə döyüşmürsən?” kimi şərhlər yazıblar.

Rusiya mətbuatının xəbərinə görə, Timati Özbəkistana işləri ilə bağlı gedib. O, orada sahibi olduğu “Stars coffee”nin filialını açmağı planlaşdırır.

Reperin özü heç bir açıqlama verməyib.


Share: