Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxıldı

Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxıldı

Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən üç gün ərzində 782 müraciətə baxılıb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 102 müraciətə baxılıb.

Müraciətlərdə qaldırılan məsələlərin həll olunması üzrə komissiya və səyyar qrup tərəfindən müvafiq tədbirlər görülüb.(Modern.az)

Share: