“Hücumda bir neçə iranlı diplomat və hərbi müşavir həlak olub. Onların adları daha sonra açıqlanacaq”.
xəbər verir ki, bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib.
Onun sözlərinə görə, “İsrailin bu hərəkəti İranın qəti cavabı ilə nəticələnəcək”.
“Hələlik dağıntıların tam təmizlənməsi aparılmayıb və 5-7 nəfərin öldüyünü düşünürük. Dəqiq rəqəmlər daha sonra açıqlanacaq”, – deyə o bildirib.
Diplomat qeyd edib ki, iki polis də öldürülüb, hazırda adları açıqlanmayıb.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Hüseyn Əmir Abdullahian suriyalı həmkarı ilə telefon danışığında deyib ki, İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına edilən hücuma görə bütün məsuliyyət İsrailin üzərinə düşür.
***
Saat 20:21
İsrailin hava zərbələri nəticəsində ölənlər var.
xəbər verir ki, bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib
“İsrail Qolan Yüksəkliklərində F-35 qırıcılarından atılan 6 raketlə İran konsulluğunun binasını hədəfə aldı. Təxminən yeddi nəfər öldürülüb. İndi heç bir ad açıqlaya bilmərəm”, – deyə İranın Suriyadakı səfirinin açıqlamasında bildirilib.
Rəsmi olmayan məlumatlara görə isə hücumda bir neçə iranlı diplomat ölüb.
Dövlət mediası daha əvvəl bildirmişdi ki, bu gün tətil olduğu üçün binada heç bir işçi olmayıb.
Suriya Müdafiə Nazirliyi İranın Dəməşqdəki konsulluq binasının İsrailin hücumu nəticəsində dağıldığını bildirib. Qeyd edilib ki, hücum nəticəsində binada olan bütün insanlar ölüb və ya yaralanıb.
***
Saat 18:44
İsrail İranın Suriyadakı konsulluq binası və İran səfirinin iqamətgahının yaxınlığına hava zərbəsi endirib.
xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“Tasnim”in məlumatına görə isə İsrail Dəməşqdə İran səfirliyinin yaxınlığındakı binaya hava zərbəsi endirib.
Bəzi mənbələr hücumda 6 nəfərin öldüyünü bildirir.
Hələlik rəsmi məlumat verilməyib.