Səhərlər düzgün seçilmiş qidalar sayəsində sinir sistemini iş gününə daha yaxşı hazırlaya bilərsiniz.
Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Yelena Solomatina danışıb. O, zehni inkişafa təsir edən qidaları açıqlayıb. Solomatina “Sputnik” radiosuna verdiyi müsahibədə bədənin sinir sistemi üçün vitamin kompleksinə ehtiyacı olduğunu izah edib. Bunlar B vitamin kompleksidir. Bu kompleks tam taxıl və çovdar çörəyində, eləcə də dənli bitkilərdə olur.
Qidalanma mütəxəssisi bildirib ki, B vitaminləri olmadan metabolik proseslər baş vermir. Bu səbəbdən həm uşaqlar, həm də böyüklər üçün səhər yeməyinin əsasını təşkil edir.
“Səhərlər yumurta yemək də məsləhət görülür. Məhz bu məhsul səhər saatlarında beyni tam silkələyə bilər. Yumurta sarısı asetilkolin ehtiva edir. Asetilkolin də öz növbəsində neyronlar arasında siqnal verən neyrotransmitterdir. Yəni düşündüyümüzlə dediklərimiz arasındakı boşluqdan cavabdehdir. Doğru sözləri tapmağa və xatırlamağa kömək edir. Buna görə səhər yeməyi üçün yumurta çox yaxşı bir həll olacaq”, – Yelena Solomatina məsləhət görür.