Şəhid balasının məktubu

Şəhid balasının məktubu
Qurban ƏHMƏDOV
(hekayə)

Qismət Novruz bayramını öz ailə-uşağı ilə birgə keçirmək üçün, dogma kəndlərinə gəlmişdi. Bayram axşamı çatdıqları tonqalın ətrafında ailəlikcə toplaşaraq, gah beş yaşlı oğlu Hüseynin oynamasına baxır, gah da göy qübbəsində toplaşmış topa-topa ağ buludları seyr edirdi.

Qismət dərindən köks ötürərək oğlu Hüseynin qapqara yumuşaq saçlarını tumarladı. Hüseyn atasının üzünə gülümsədi. Qismət oğlunun sevinc dolu qara gözlərinin içinə baxanda, bir anlıq komandiri olduğu cəsur əsgərlərini xatırladı. Ürəyindən keçirdi ki, əsgərlər də öz valideynləri ilə birlikdə bayramı qeyd etmək istəyərlər. Xidmət etdiyi hərbi hissədən və döyüş yoldaşlarından sarı yamanca darıxdı. Ürəyi bərk sıxıldı. O, oğlunu qucağına götürərək möhkəm-möhkəm köksünə sıxaraq qoxladı. Bu mənzərə kənardan, elə bil, hansısa bir qüvvənin tezliklə atayla oğulu ayıracağı kimi görünürdü. Sanki onlar da ayrılmaq istəməyərək biri-birilərinə sarmaşıq tək sarılmışdılar.
Qismətin ömür-gün yoldaşı Fatimə xanım qıraqdan bu mənzərəni seyr edərək doluxsundu. Ona elə gəldi ki, bu görüş əri ilə oğlunun son görüşüdür. Onlar daha bir-birlərini heç vaxt görməyəcəklər.
Qadın ürəyində düşündüklərindən təsirlənərək, əlləriylə başını tutub:
– İlahi, bu nədi, gör mən nə fikirləşirəm? Mən axmağın fikrindən, gör nələr keçir?– Allah, qələt eləmişəm!.. – deyərək, beynində dolaşan bu axmaq fikirlərdən qurtulmaq üçün, tez əriylə oğlunun yanına getdi.
Qismət ona sığınmış həyat yoldaşı Fatiməni qucaqlayaraq dedi:
– Biriniz mələyim, biriniz isə köməyimdir.
O, gülümsəyərək hər iki əzizinin alnından öpdü və astaca sözünə davam edərək:
– Bilirsiniz, mənim qayıtmaq vaxtıma hələ iki gün var, amma mən getməliyəm.
Fatimə badamı gözlərini süzdürə-süzdürə ərinin üzünə baxdı və doluxsunmuş halda:
– Hazır yeməyimiz var. Günorta yeməyini birlikdə yeyək, sonra gedərsən.
Qismət həyat yoldaşının qıvrım qara tellərini sığallayaraq dedi:
– Sən süfrəni hazırlayana kimi biz də bu balaca qəhrəmanla bir az tonqalın ətrafında əylənib gəlirik.
… Qismət çantasını götürüb yola düşəndə oğlundan soruşdu:
– Ata qayıdanda sənin üçün nə alsın?
Balaca Hüseyn atasının qıçlarını bərk-bərk qucaqlayaraq:
– Polis maşını… Bir də, tapança alarsan! – deyə cavab verdi.
Qismət əyilərək, oğlunun alnından öpdü. Sonra gözləri dolaraq dedi:
– Lənətə qalmış müharibə uşaqlara da təsir edib. Görürsən də, Fatimə, oğlumuz indidən hərbçi olacağını bildirir. Sonra o, oğlunun saçlarını sığallaya-sığallaya:
– Alacam oğlum, mütləq alacam. Sənə polis maşını da, tapança da, hələ üstəlik tank da alacağam.
Qismət, oğlu və həyat yoldaşıyla görüşüb, öpüşüb, kənddən rayon mərkəzinə taksiçilik edən həmkəndlisinin maşınına oturdu.
Onlar ordan-burdan söhbət edə-edə rayon mərkəzinə çatıb, digər rayonlara işləyən taksilərin dayandığı yerdə dayandılar. Qismət taksi sürücülərinə, Bəhrəmtəpə dördyol ayrıcına gedəcəyini söyləyəndə, bir sürücü irəli çıxaraq dedi:
– Komandir, iki əsgər müştərim var, valideynləri ilə bazara gediblər, gəlsinlər çıxaq.
Qismət kənddən onu gətirən taksi sürücüsünün pulunu verib, yola saldıqdan sonra, üzünü o biri sürücüyə tutaraq dedi:
– Yaxşı, nə olar. Onda onlar gələnə qədər mən dükan-bazara dəyərəm.
Qismət yaşıl şüşəli marketin qapısından içəri girib, piştaxtaların üzərində səliqə ilə düzülmüş mallara baxa-baxa gəzişməyə başladı. Göy xalatlı market işçisi olan gənc bir xanım Qismətə yaxınlaşıb gülümsəyərək dedi:
– Buyurun, sizə necə kömək edə bilərik?
Qismət səs gələn tərəfə dönərək gülümsəyən xanıma nə deyəcəyini bilmədi.
– Narahat omayın, xanım, elə belə baxıram.
Qismət özü-özünə fikirləşərək ürəyindən keçirtdi: – Axı mən buraya nə üçün gəldim? Mənə nə lazımdı? Nə alacaqdım ki? Birdən, onun gözləri səliqə ilə düzülmüş uşaq oyuncaqlarına sataşdı və yadına düşdü ki, bura oğluna söz verdiyi oyuncaqların qiymətini öyrənmək üçün giribdir. Gülümsəyərək, bir-bir oyuncaqları əlinə götürərək, üzərilərindəki qiymətlərinə baxdı. Sonra hərbi geyiminin döş cibindən balaca yaddaş kitabçasını və qələmini çıxarıb yazmağa başladı. – “Maaşımı alanda oğlum Hüseyn üçün alacağım oyuncaqların sayı və qiyməti. 1) Tank puntla – 40 manat. 2) Polis avtomobili puntla – 30 manat. 3) Tapança yapışqanlı gülləsi ilə birgə – 15 manat.” Bunları yazdıqdan sonra qeyd dəftərçəsini və qələmini cibinə qoydu.
Qismətin hərbi hissəyə qayıtmasından bir həftə keçmişdi. O, əsgərləri ilə birlikdə nahar edə-edə zarafatlaşır, deyib-gülürdü. Birdən əli cibindəki yaddaş kitabçasına dəydi. Yadına oğlunun ona tapşırdığı oyuncaqlar düşdü. Kitabçanı cibindən çıxarıb gülə-gülə komandir yoldaşlarına və əsgərlərinə dedi:
– Hə, baxın görün mənim beş yaşlı balaca Hüseynim atasına nə tapşırıb almağa. Kitabçanı açıb oxumağa başladı. Puntla işləyən tank, polis avtomobili,o da puntla. Bir də tapança, özü də güllə atan olsun deyir. Görürsünüz də, əmiləri, mənim oğlum da indidən sizin kimi igid əsgər olmaq istəyir.
Hamı bir yerdə: – Allah qorusun, komandir!.. Vətənə və sizə layiqli övlad olsun!.. – dedilər.
Günəş qüruba endikcə, qırmızı şüaları göy üzündəki bulud topalarını alovlanan təndir közünə oxşadırdı. Hava yavaş-yavaş qaralmağa başlayırdı. Birdən, cəbhə xətti boyu güllə səsləri eşidilməyə başladı.
Qismət səngərdə əsgərlərini bir-bir yoxlayıb öz tapşırıqlarını verirdi. Tabor komandirləri və ali rütbəli zabitlər bir yerə toplaşaraq, hücuma hazır olmaqları barədə qərar qəbul etdilər.
Elə bu vaxt, Qismət yaxınlaşan qaraltını gördü. Özünü elə apardı ki, o, heç bir şey görmədi. Anidən sıçrayaraq yerini dəyişdi. Qaraltı bir də boylananda heç bir şey görməyib təşvişlə irəli sürünməyə başladı. Qismət öz-özlüyündə dodaqaltı gülümsəyib pıçıltı ilə dedi: – Köpəyoğlu, gördün biri apreldə adamı necə aldadırlar? Hələ bu harasıdır, sənin ananı ağladacam. – Xışıltı səsi Qismətin sağ tərəfindən gəldi. Qismət əvvəlcədən tədbirini görmüşdü. Dəstəyi ağır bıçağını əlində möhkəm-möhkəm sıxaraq, ovunu gözləyən ovçu kimi yerə elə səkmişdi ki, sanki nəfəs almağı belə unutmuşdu. Sürünən qaraltı iki metrliyindən keçəndə, cəld yana fırlanıb, düşmənin düz alnına, əlindəki bıçağın ağır tiyəsi ilə var gücü ilə vurdu. Düşməndən əcaib bir səs çıxdı. Qismət özünü itirməyərək, ikinci zərbəni eyni yerdən vurdu. Düşmən huşunu itirib, yerə yıxıldı. Qismət tez erməni kəşfiyatçısının əl-ayağını bağlayıb, sürüyə-sürüyə öz əsgərlərinin olduğu səngərə gətirdi. Onun komandiri olduğu əsgərlər və zabit yoldaşları Qisməti qəhrəman döyüşçü kimi qarşıladılar.
Tutulan erməni kəşfiyatçısı gecə yarısı özünə gəlməyə başladı. Alnından axan qan burnunun ucuna qədər laxtalanıb qalmışdı. Qorxudan bütün bədəni titrəyirdi. Erməni dilini mükəmməl bilən tərcüməçi zabitimiz sual-cavab edəndə də, əsirin qorxudan dili söz tutmurdu. Qismət gördü ki, əsir verilən sualdan yayınır. O əsəbləşərək əsirin üzərinə yeriyəndə, erməni kəşfiyatçısı gözlərini bərəldərək, qorxudan tələsik hər şeyi etiraf etdi…
Dan yeri sökülürdü. Beşmetrlik məsafədən uzaq, adamı tanımaq olmurdu. Cəbhə boyu bütün döyüşçülər hücuma hazır vəziyyətə dayanmışdılar. Tutulan əsirin verdiyi məlumata görə aprel ayının ikisi, sübh çağı düşmən hücuma keçəcəkdir.
Qismət fikirli halda əsgərləri bir-bir yoxlayır, hamısının tək-tək üzünə baxaraq gülümsəyirdi. Birdən, düşmənin uzaq vuran toplarının mərmiləri havada uçuşaraq müxtəlif yerlərə düşərək partladılar. Düşmənlə üz-üzə olan ordumuz da cavab olaraq düşmən mövqelərini top atəşinə tutdular. Hücum əmri verildi. Bir uğultu, bir gurultu qopdu ki, adam dəhşətə gəlirdi. Erməni döyüşçüləri bu hücuma üç saat tab gətirə bildilər. Bir qaçhaqaç düşdü ki, gəl görəsən.
Hava aydınlaşmışdı, duman çəkilərək yerini tankların, döyüş avtomobillərinin təkərlərindən çıxan toz-dumana vermişdi. Qismət olduğu mövqeydən qaçan düşmən əsgərlərini yaxşı nişan ala bilmədiyi üçün özünə yer seçmək qərarına gəldi. O yerindən qalxıb qarşıdakı çökəkliyə girərkən, bir yaralı düşmən zabiti onu gördü. Tapançasını Qismətin sinəsinə tuşlayaraq atəş açdı. Güllə Qismətə dəyən kimi, o səndəlləyib iki addım geri atdı. İkinci güllə boğazından dəyəndə onun gözündə hər tərəf qaranlığa qərq oldu. Qismət nərə çəkib nə isə demək istədi. Ancaq söz əvəzinə ağzından al qırmızı qan töküldü. Qismət gözü ilə ona atəş açan düşməni görmək istədi. Qan dolmuş gözləri qatı qaranlıqdan başqa heç bir şey görmürdü. Qismət böyürü üstə yerə yıxıldı. O, ölümün pəncəsindən ozünü qurtarmaq üçün, ilan kimi qıvrılırdı. Onun bədəni süstləşmişdi. Amma gülümsəyirdi. Elə bil, doğmaları və yaxınları ilə danışıb gülürdü.
Döyüş yoldaşları Qismətin cansız bədənini götürəndə bir şey onların diqqətini cəlb etdi. Qismət sağ əli ilə əynindəki zabit mundirinin sol, üst cibini tutmuşdu. Dostları onun cibindən yaddaş kitabçasını və qələmini çıxartdılar. Fikirləşdilər, bəlkə ölüm ayaği nə isə yazıb cibinə qoyubdur, – deyə yaddaş kitabcasının vərəqlərini çevirdilər. Ən axırıncı vərəqi oxuyanda hamını qəhər boğdu. Kim isə astaca pıçıldadı: – Yazıq uşaq. Atasından gör nə istəyirdi? İndi biz onun atasının nəşini aparırıq ona.
Kəndə hay düşdü ki, şəhid gətirirlər. Rayon rəhbərliyi öz işçi heyəti ilə birgə şəhidin dəfnində iştirak etdilər. Qismətin döyüş yoldaşlarından biri şəhidin həyat yoldaşı Fatimə xanıma yaxınlaşaraq, baş sağlığı verdikdən sonra, Qismətin cibindən götürdükləri yaddaş kitabçasını və qələmini ona verdi. Şəhidin dəfn mərasiminə gələn döyüş yoldaşları heç bir söz demədən balaca Hüseynin alnından öpərək, qarşısına bayrağa bükülmüş qutu qoyub getdilər. Şəhidin həyat yoldaşı, balaca Hüseyinin anası Fatimə xanım, qutunun üzünə çəkilmiş bayrağı öpərək, ehmalca qutunun qapağını açdı. Sonra balaca Hüseyni bağrına basaraq, qutunu ona göstərib dedi:
– Atan gör sənə nə göndərib. – Dərindən yanıqlı bir ah çəkərək qutunun içindən puntla işləyən oyuncaq tankı, polis avtomobilini və tapançanı çıxarıb oğluna verdi.
Beş yaşlı balaca Hüseyn də oyuncaqlarını götürüb sevinə-sevinə onlarla oynamağa başladı. … Aylar, illər yel qanadlıdır. Aprel ayının dördündə şəhidin ili çıxdı. Balaca Hüseynin altı yaşı tamam olmuşdu. Sentyabrın onbeşi birinci sinifə gedəcəkdi. Anasıyla birlikdə məktəbin darvazasından içəri girəndə, balaca yaraşıqlı bir otaqlı bina Hüseynin diqqətini çəkdi. Hüseyn əlini binaya uzadaraq anasından soruşdu:
– Anacan bura nədir?
Anası oğlunun göstərdiyi binaya baxaraq cavab verdi.
– Mənim ağıllı balam, bura poçtdur.
– Poçt nə deməkdir? Nə üçündür? Anacan bu evdə kim yaşayır?- Dil qəfəsə qoymadan Hüseyn anasına suallar yağdırırdı. Fatimə oğluna baxıb duruxdu. Hüseyin anasının əlini dartışdırıb dedi:
– Səninləyəm ana!
Fatimə oğlunun qapqara tellərini sığallayaraq.
– Mənim ağıllı balam məktub yazıb gətirib buradan yola salırlar. Məktubu alan adam da cavab məktubu yazır. Bu binada işləyən əmilər, dayılar cavab yazılan məktubu gətirib sahibinə verirlər.
Hüseyn anasının gözlərinin içinə baxaraq gülümsədi.
Hüseyn birinci sinifi əla qiymətlərlə başa vurdu. İkinci dərs ili başlayanda, kənd məktəbinə onun atasının adını verdilər. Hüseynin sevincinin həddi-hüdudu yox idi. Müəllimlər, kənd sakinləri və rayon mərkəzindən gələn vəzifəli şəxslər, Şəhid Qismət Qəhrəmanovdan ağız dolusu danışdılar. Hamı Hüseynin başını sığallayaraq alnından öpürdü.
Şəhidin həyat yoldaşı, Hüseynin anası Fatimə xanıma çıxış üçün söz verildi. Fatimə xanım hamıya minnətdarlığını bildirdi. Tədbir qurtarandan sonra Fatimə xanım evlərinə, Hüseyn də oxuduğu sinfə getdi.
Hüseyn məktəbdən evlərinə qayıdanda, poçtun binasının açıq qapısından içəri baxdı. Otaqda bir kişinin əyləşərək kompyuterdə nə isə yazdığını gördü. Bir söz deməyib evlərinə gəldi. Çantasını çiynindən aşırıb, qələm, dəftərini çantasından götürdü. Dəftərindən bir vərəq qoparıb, yazmağa başladı. Yazdıqdan sonra vərəqi qatlayıb yan cibinə qoydu. Heç kimsəyə xəbər vermədən poçt binasına yollandı. Poçtun binasının qapısından içəri keçərək oradakı kişiyə salam verdi. Kompyuterdə yazı yazan kişi başını qaldıraraq, Hüseyni maraqla süzərək onun salamını aldı. – Əleykə salam, balaca.
Hüseyn gəlişinin məqsədini poçtalyona danışdı.
– Əmi, mən atama məktub yazmışam.O, məktubu cibindən çıxarıb paçtalyona uzadaraq:
– Al məktubumu atama göndər, cavabını da mənə gətirərsən.
Poçtalyon mənalı-mənalı gah uşağa, gah da Hüseynin ona uzatdığı məktuba baxaraq soruşdu:
– Ağıllı oğlan, sən kimin oğlusan?!
– Əmi, mən Şəhid Qismət Qəhrəmanovun oğluyam. Bu gün məktəbimizə atamın adını verdilər. Danışanların hamısı deyirdi ki, şəhidimiz Qismət ölməyib o, daim yaşayacaqdır. Çünki Şəhidlər heç vaxt ölmürlər. Ona görə də, atama məktub yazdım.
Poçtalyon məktubu açıb oxuyandan sonra Hüseyinin başını sığallaya-sığallaya:
– Sən… Qəhər onu boğdu. Sözlər paçtalyonun boğazında düyünləndi. Pəncərənin önündəki stolun üzərindəki su qabından stəkana su süzüb, içdikdən sonra sakitləşərək sözünə davam etdi:
– Adın nədir?
– Hüseyn!
– Hə, Hüseyn, ağıllı balam, sən get evinizə, indi anan nigaran qalar. Mən məktubunu atana göndərəcəyəm.
– Əmi,məktubu göndərməyi unutmayın, ha…
– Narahat olma, ağıllı balam, mütləq göndərəcəyəm.
Poçtalyon uşağı yola saldıqdan sonra, onun şəhid atasına yazdığı məktubu göz yaşları içində oxumağa başladı: “Salam, əziz atam. Mən ikinci sinifdə oxuyuram. Ata, mən dərslərimi yaxşı oxuyuram ki, böyüyəndə komandir olum. Hə, bu gün məktəbimizə sənin adını verdilər. “Şəhid Qismət Qəhrəmanov” adına tam orta məktəb. Hamı məni öpüb, əzizləyirdi. Mən səninlə fəxr edirəm, qəhrəman atam. Ata, sən mənim üçün alıb döyüş yoldaşlarından göndərdiyin oyuncaqları anam əzizləyərək saxlayır. Bilirsən, ay ata, anam nə deyir?! Anam deyir ki, o oyuncaqları nəvələrimə saxlayacağam. Qoy, nəvələrim də oğlum kimi, babalarının aldığı oyuncaqlarla oynasınlar. Hər şey üçün çox sağ ol, əziz atam! Oğlun Hüseyn”…ŞƏHİD BALASININ MƏKTUBU

Poçtalyon uşağı yola saldıqdan sonra, onun şəhid atasına yazdığı məktubu göz yaşları içində oxumağa başladı: “Salam, əziz atam. Mən ikinci sinifdə oxuyuram. Ata, mən dərslərimi yaxşı oxuyuram ki, böyüyəndə komandir olum. Hə, bu gün məktəbimizə sənin adını verdilər. “Şəhid Qismət Qəhrəmanov” adına tam orta məktəb. Hamı məni öpüb, əzizləyirdi. Mən səninlə fəxr edirəm, qəhrəman atam. Ata, sən mənim üçün alıb döyüş yoldaşlarından göndərdiyin oyuncaqları anam əzizləyərək saxlayır. Bilirsən, ay ata, anam nə deyir?! Anam deyir ki, o oyuncaqları nəvələrimə saxlayacağam. Qoy, nəvələrim də oğlum kimi, babalarının aldığı oyuncaqlarla oynasınlar. Hər şey üçün çox sağ ol, əziz atam! Oğlun Hüseyn”…
Share: