Dünən Laçın rayonunda qəzaya düşərək şəhid olan gizir Kamal Kamallı dəfn edilib.
“Qafqazinfo” xəbər verir ki, K.Kamallı bu gün doğulduğu Şəki rayonunun Şəki kəndində torpağa tapşırılıb. Mərasimdə gizirin hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri və yaxınları iştirak edib.
Xatırladaq ki, hadisə hərbçilər sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında baş verib. “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu həlak olub.