Şəhid Baş leytenant Vüsal Kazımova… – Çinarə Ömray

Şəhid Baş leytenant Vüsal Kazımova… – Çinarə Ömray
Belə olmalı deyildi, dostum,
bunca hündür olmayacaqdı divarlar,
indi mənim qısıldığım küncdən heç kimsə görünmür
deyirəm ki, belə olmur…
onda lap çoxdan idi
onda hamı sağ idi
yaxşı yadımdadı
anamızın qarğışı da heç kimsəni tutmazdı
Allah da heç kimi öldürməzdi
sən deyirdin: uzaqlar olmayacaq…
amma
mən qorxurdum
qorxurdum ki,
hamı birdən susa bilər…
qorxuram
qorxuram ki , hamı birdən susa bilər
səsini itirə bilərəm, dostum
“hardasan”ını, “necəsən”ini eşitməyə bilərəm
bir də görərsən ki,
heç kimin səsi yoxdu…
belə olmalı deyildi, dostum
belə olma…
Ad günün mübarək
Çinarə Ömray
Müstəqil.Az
Share: