“Accel Group” şəhid və qazi uşaqları üçün bayram şənliyi təşkil edib.
“Accel Group” Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində şəhid və qazi uşaqları üçün şənlik təşkil edib. Bayram tədbirinə şəhid xanımları və qazilər təşrif edib. Tədbirdə uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Musiqili-əyləncəli proqramdan uşaqlar böyük zövq alıblar.
Xatırladaq ki, mədəniyyətə xidmət üçün yaradılmış Aysel Kərimin rəhbərlik etdiyi “Accel Group” ötən ay “Yaşayan şəhid” adlı əsəri təqdim edibdir. Əsər şəhidlərə və qazilərə həsr olunub. Söz və musiqi müəllifi: Aysel Kərimdir. İfa edənlər xalq artisləri Nəzakət Teymurova və Zabit Nəbizadədir.