BİR GÜNÜN ƏBƏDİYYƏTİ
(Şəhid Toğrul Abbasovun əziz xatirəsinə həsr edilib.)
44 günlük müharibədə gözlər nəyin şahidi
olmadı ki…
Vətən uğrunda can verən oğulların igidliyinə,
onları dünyaya gətirən, yetişdirən anaların
məğrurluğuna. Bir də sevgisini Şəhid verən,
sonu olmayan eşqinin yasını saxlayan, nakam
talelərin şahidi oldu gözlər…
Şəhid Toğrul və Gülnarə xanımın 6 aylıq ailə həyatından yazıram.
Vətən müharibəsi şəhidi Abbasov Toğrul Bayram oğlu 1990-cı ilin 31 dekabrında Ağcabədi rayon Hacıbədəlli kəndində dünyaya gəlmişdir. Orta təhsilini doğulduğu kənd məktəbində almışdır.
Toğrulun həyat hekayəsi ilə yaxından tanış olanda mərhum şairimiz Nüsrət Kə-səmənlinin bir misrası yada düşür. “Əvvəlində biri vardı, biri yox.” Uşaq yaşla-rından (20il öncə) anasını itirir. İki qardaş ata himayəsində böyüyürlər. Orta məktəbi bitirdikdın sonra 2008-ci ilin dekabrında həqiqi hərbi xidmətə yollanır. Xidməti layiqicə başa vurub evə dönür. Bir müddət Bakıda günəmuzd işləyir. Daha sonra yaşadığı Hacıbədəlli kəndində Həcıbədəlli İşıq Elektrik Yarım Stansi-yasında işləməyə başlayır. Bir müddət sonra 2020-ci ilin martında Gülnarə xa-nımla ailə həyatı qurur və bu ailə həyatının ömrü cəmi altı ay çəkir. Altı ay sonra isə….
Həsrətlə, yanğıyla yarım qalan taleyindən danışdı Gülnarə xanım: “ Biz ailə qu-randa işıq elektrik stansiyasında işləyirdi. Sonra işdən çıxıb müddətdən artıq hərbi xidmətə işə girdi. Nə qədər israr etdim işində qalsın, hərbiyə getməsin, fikrindən dönmədi. Haqq savaşımız başladı, Toğrul da hərbidə işə yenicə baş-lamışdı. 25 sentyabr 2020- ci il tarixində telefonla danışdı, hər şey yaxşı oldu-ğunu, bizlərə narahat olmamağı tapşırdı. Bu da onun son danışığı oldu. İki gün sonra Vətən müharibəsi başladı. Tale də amansız oyun oynadı. Toğrul dünyaya gələcək qızını səbrsizliklə gözləyirdi. Çox sevinmişdi adını da “Yağmur” qoya-cağını demişdi. Qismət olmadı qızını görmək, nə də adını qoymaq. Çünki, Yağ-mur dünyaya gələndə atası 3 ay idi Şəhid olmuşdu… Çox yaxşı həyat yoldaşı idi. Nakam ömür vəfa etmədi, arzularını gerçəkləşdirsin. Nəsib olmadı adını qoysun dünyaya gələcək qızının. Həyat yoldaşı olaraq arzusunu gerçəkləşdirdim. Qızı dünyaya gəldi, adını Yağmur qoydum. Bizim yanımızda olmasa da ruhu bizimlədi. Yağmuru atasına layiq övlad böyüdəcəyəm…”, deyib xatirələrini, fikrini yekunlaşdırdı Gülnarə xanım.
Toğrul Abbasov 27 sentyabr Vətən müharibəsinin başlandığı ilk gün Füzuli uğrunda gedən döyüşlərdə ən uca məqama, Şəhidliyə qovuşdu. Toğrul sevda-sında olduğu kimi Vətəninə də sadiq çıxdı. Yenicə geyindiyi, qürurla daşıdığı hərbi formasının haqqını döyüş meydanında verdi. Toğrulun həyatında çox şeylər yarım qaldı. Lap başında uşaq ikən anasını itirdi. Hərbiyə işə girdi 20 gü-nün işçisi oldu. Ailə həyatı qurdu 6 ayın həyat yoldaşı oldu. Gülnarə xanım isə sonu olmayan eşqinə ömürlük yas tutur…
Dünyadan bixəbər Yağmur isə gələcəkdə qürurla deyəcək: “ Mən Abbaslı Yağmur Şəhid Toğrulun qızıyam!”
27 sentyabr 2020-ci ildə doğulduğu Hacıbədəlli kəndində torpağa tapşırıldı.
Toğrul Abbasov Şəhidliyindən sonra Prezident İlham Əliyevin sərancamı ilə
“Vətən uğrunda”, “İgidliyə görə”, ”Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görüldü. Xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidin adına küçə verilib, ehsan bulağı inşa olunub.
Ruhun şad olsun Şəhidim!
Aynurə İnci