“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsinin icrasına başlayır.
Bu haqda Müstəqil.az-a DSD İB -nin sədri, tanınmış şair- publisist, gəmi kapitanı Faiq Balabəyli məlumat verib. Verilən məlumata görə haqqında bəhs olunan lahiyə Vətən müharibəsində şəhid və qazi olan döyüşçülərin ailə və övladlarının sosial problemlərinin həlli, onlara psixoloji və hüququ yardımların göstərilməsi, həmin şəxsələrin sağlam cəmiyyətə adaptasiya olunmasından bəhs olunur.
Məlumdur ki, zəfər çalıdığımız, düşmən üzərində aşkar qələbə qazandığımız Vətən müharibəsi iştirakçıları ilə bağlı müəyyən işlərin görülməsinə hələ də ehtiyac var. Dünyada olduğu kimi, ölkəmizdə də müharibədən əziyyət çəkən insanların sayı yüzlərlədir. O da məlumdur ki, dövlətimiz, ayrı-ayrı qurumlar bu yöndə lazımı işlər həyata keçirir, müharibə iştirakçılarının sosial qayğılarına yönəlik layhələr həyata keçirir, bu istiqamətdə mühüm addımlar atır, yaranmış problemlərin həllinə səy göstərir. Bununla belə, vətəndaş cəmiyyəti təmsilçiləri də şəhid və qazilərin adaptasiya prosesində yaxından iştirak etməli, həmin şəxslərin postmüharibə dövrünə uyğunlaşmasına çalışmalıdırlar.
Qeyd edək ki, layihənin icra müddəti 4 ay olmaqla fevralın 1-dən başlamaqla iyunun 1-dək icra olunacaq.
Müstəqil.Az