Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu feysbuk səhifəsində yazıb:
“TƏBİB-in tabeliyində olan Respublika Perinatal Mərkəzində ailənin tək övladı, 44 günlük Vətən müharibəsində şəhid olan Sadiq Vəliyevin əkiz bacı-qardaşı dünyaya gəlib”.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Sadiq Vəliyev 2020-ci ilin oktyabrın 3-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Sadiq Vəliyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.