Vətən müharibəsində şəhid olan və nəşi ailəsinə təhvil verilən hərbçi Elvin Fəxrəddin oğlu Mustafayevlə vida mərasimi keçirilir.
Oxu.Az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü şəhid hərbçinin nəşi doğulduğu Gəncə şəhərinə gətirilib.
Səkkiz aydır itkin hesab edilən şəhidin vida mərasimində hərbçilər, şəhidin yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edir.
O, ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.